Bakıda avtobus yandı

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dünən saat 13:30 radələrində "Neftçilər" metro stansiyasının qarşısında 323 saylı xətlə hərəkət edən 10 TC 295 dövlət nömrə nişanlı "İveco" markalı marşrut avtobusu qəflətən alışıb.

Alov qısa zamanda bütün avtobusu bürüyüb. Sürücü sayıqlığı itirməyərək sərnişinlərin qısa zamanda avtobusu tərk etməsinə şərait yaradıb.

Xoşbəxtlikdən xəsarət alan olmasayıb. Hadisə yerinə yanğınsöndürən maşın çağırılıb. Avtobusda baş verən yanğın söndürülüb.

Yanğının dəqiq səbəbləri məlum olmasa da, mühərrik hissədə baş verən qısaqapanma səbəb göstərilir.