Bakıdakı yanğının qəhrəmanı - YENİLƏNİB - FOTO

20.05.2015
00:26
Bu gün Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasedicilərdən də yaralanan olub.
"Qafqazinfo" xəbər verir ki, həmin şəxs Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğludur.
O, binadakı sakinlərdən birini xilas edən zaman yaralanıb. Bu barədə Xətainin özü məlumat verib:
"14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın".
Xilasedicinin atası Akif Şahverdiyev Xətainin artıq evə buraxıldığını qeyd edib:
"Tibbi müdaxilədən sonra səhhətinin o qədər də ağır olmadığı bildirilib, evə buraxılıb. Tanışların nəzərinə çatdırıram ki, sağ- salamatdır, səhhəti üçün heç bir təhlükə yoxdur.
Əzizlərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm!"
------------------
19.05.2015
23:51
Fövqəladə Hallar Nazirliyinin işçisi Xətai Şahverdiyev bu gün Bakının Binəqədi rayonundakı yanğında qəhrəmanlıq edib.
Milli.Az bilddirir ki, o, yanğın zamanı 14-cü mərtəbədən orta yaşlı Bilal adlı bir nəfəri xilas edərək əynindəki döyüş paltarını, əleyhqazı ona verdiyi üçün özü tüstüdən zəhərlənib, qolundan ağır zədələr alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре