Bu qidaları yeyin ki, ağlınız artsın – Beyni gücləndirən SİNK

Alimlər bildirir ki, beyni aktivləşdirib, məhsuldar işləməsinə təkan verən, intelekti gücləndirən vacib elementlərdən birincisi sinkdir. Hazırda dünya əhalisi zəif qidalanma üzündən sink defisiti yaşayır.

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, yayda uşaqlar və tələbələr istirahətdə olarkən sinklə zəngin qidalar verib, beyinlərini dərs ilinə hazırlamaq olar. Neyronları oyadan və tənzimləyən sink qanda az olduqda, insanda intelekt və zehni qabiliyyət azalır. 

 

Eləcə də sink alkoqolun beyin hüceyrələrinə zərərli təsirini yumşaldır. Sink az olduqda hormonlar normal sintez olunmur. 
Sink defisiti yuxu pozğunluğu, əsəbilik, qıcıq, həyəcan, görmənin və qoxunun azalmasına səbəb olur. 

Sutkalıq norma 15 mq-dır. 

Hansı qidalarda çoxdur?

-buğda kəpəyi, sünbül
-Qoz, tumlar, toxumlar
-Bərk pendir
-Yumurta sarısı
-Ət
-Paxlalılarda 
-Dəniz məhsulları

Daha çox isə krevetdə boldur. 100 qr krevetdə 40 mq sink var. Ona görə ayda 4-5 dəfə krevet yemək beyin üçün əvəzsizdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.