Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hacıyev Nihad Namiq oğlu idarə etdiyi "Subaru" markalı 99 UC 102 markalı minik avtomobili ilə Xətai rayonu, R. Quliyev küçəsi ilə X.Məmmədov küçəsinin kəsişməsində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan, Mirzəyev Anar Kazım oğlunun idarə etdiyi, "Vətən-Az" MMC-yə məxsus "İsuzu" markalı 99 JT 566 dövlət qeydiyyat nişanlı avtobusa çırpılaraq həmin vaxt avtobusdan düşən sərnişinlər - 1954-cü il təvəllüdlü Fərəcəliyeva Sara Bayram qızı və 1964-cü il təvəllüdlü Abdullayeva Tamella Cəfər qızını vurub. Hər iki piyada 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, T.Abdullayeva evə buraxıldıqdan sonra evində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!