https://news.day.az/azerinews/1859767.html Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - FOTO 11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər. Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - FOTO

Azərbaycanca, 13 сентября 2026 18:48 (UTC +04:00) 205
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar

11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.

 

Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

  • Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar
  • Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar
  • Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar
  • Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости