https://news.day.az/azerinews/1871773.html Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər. Day.Az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb.

Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama

Azərbaycanca, 3 ноября 2026 17:25 (UTC +04:00) 386
Məkkə istiqamətində PUA təhlükəsi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər.

Day.Az xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb.

"Hava hücumundan müdafiə qüvvələri Məkkə rayonunda pilotsuz uçuş aparatı (PUA) ələ keçiriblər", - paylaşımda deyilir.

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) isə müqəddəs şəhərə doğru PUA buraxdıqları ilə bağlı xəbərləri rədd edib. Hərəkatın sözçüsü Yəhya Saria noyabrın 3-ü Səudiyyə Ərəbistanına zərbə endirmədiklərini bəyan edib. O, koalisiyanın bəyanatını "ağ yalan" adlandırıb.

Qeyd edək ki, koalisiya qüvvələri daha əvvəl də husiləri müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə zərbə endirmək cəhdində ittiham ediblər. İslam dininə etiqad edən husilər isə bu iddiaları qətiyyətlə rədd ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости