https://news.day.az/azerinews/1871771.html Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Day.Az onun dosyesini təqdim edir: Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb.

Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE

Azərbaycanca, 3 ноября 2026 17:17 (UTC +04:00) 413
Prezidentin sədr təyin etdiyi şəxs kimdir?

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Day.Az onun dosyesini təqdim edir:

Səbuhi Əhəd oğlu Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistratura təhsili alıb.

2014-cü ildə ABŞ-nin Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) lisenziyasına layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb. 2007-2018-ci illərdə beynəlxalq audit şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə özəl sektorda fəaliyyət göstərən holdinqlərdən birində rəhbər vəzifə tutub.

Ailəlidir, iki övladı var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости