https://news.day.az/azerinews/1871759.html Maşın sürərkən bu qaydanı bilməyənlər CƏRİMƏLƏNƏCƏK Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 42-ci maddəsinin XIII hissəsinə əsasən, nəqliyyat vasitəsinin geriyə (arxa-arxaya) hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.

Maşın sürərkən bu qaydanı bilməyənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanca, 3 ноября 2026 16:45 (UTC +04:00) 395
Maşın sürərkən bu qaydanı bilməyənlər

Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 42-ci maddəsinin XIII hissəsinə əsasən, nəqliyyat vasitəsinin geriyə (arxa-arxaya) hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın. Əgər siz normal, ikitərəfli adi küçədə digər maşınlara maneə törətmədən və qadağan olunmuş zonalara daxil olmadan 15-20 metr arxa-arxaya gəlmisinizsə, buna görə cərimə nəzərdə tutulmur. Lakin geriyə hərəkət zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmısınızsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (manevr etmə qaydalarının pozulması) 40 manat məbləğində cərimə oluna bilərsiniz.

Qanunvericilik hərəkətin təhlükəsizliyi baxımından müəyyən yerlərdə arxa-arxaya hərəkəti tamamilə qadağan edir və bu hallarda birbaşa cərimə tətbiq olunur. "Yol hərəkəti haqqında" Qanuna görə, yolayrıcılarında, piyada keçidlərində, tunellərdə, körpülərdə, estakadalarda (və onların altında), dəmiryol keçidlərində, görünüşü 100 metrdən az olan yol sahələrində və ictimai nəqliyyatın dayanacaqlarında geriyə hərəkət etmək qəti qadağandır. Eyni zamanda, avtomagistrallarda arxa-arxaya hərəkət etməyə görə İXM-nin 327.5-ci maddəsi ilə 150 manat, birtərəfli yolda axına qarşı (əks istiqamətdə) uzun məsafəli hərəkətə və ya "Giriş qadağandır" (kərpic) nişanının təsir zonasına arxa-arxaya daxil olmağa görə isə İXM-nin 327.4-cü maddəsi ilə 150 manat yazıla bilər. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости