https://news.day.az/azerinews/1871780.html Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Azərbaycanca, 3 ноября 2026 17:43 (UTC +04:00) 372
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости