https://news.day.az/azerinews/1258520.html Sosial şəbəkədə görüntülər yayıldı - Polis hərəkətə keçdi Sosial şəbəkələrdə "Bakı bu axşam" başlığı altında yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Sosial şəbəkədə görüntülər yayıldı - Polis hərəkətə keçdi

Azərbaycanca, 1 августа 2020 20:00 (UTC +04:00) 10 992
Sosial şəbəkədə görüntülər yayıldı

Sosial şəbəkələrdə "Bakı bu axşam" başlığı altında yayılan videogörüntülər tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, iyulun 31-də gecə saatlarında Nəsimi rayonu, Neftçilər prospektində onlayn fəaliyyət göstərən bir neçə kafe, restoranın inzibatçı və müştərilərinin karantin rejim qaydalarını pozmaları müşaiyət olunub. Oradan alış-veriş etmiş bir qrup şəxs həmin kafe və restoranların qarşısında yerləşən parkda sosial məsafəni gözləmədən, 5 nəfərdən artıq qrup halında toplanaraq mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları pozaraq, əyləniblər.

Yayılan görüntülərdə İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarının tərkib əlamətləri olduğuna görə, Nəsimi RPİ tərəfindən həmin inzibati xətaları törədən hüquqi və fiziki şəxslər müəyyən olunaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Qeyd olunanları nəzərə alaraq, paytaxt sakinlərindən tələb edirik ki, mövcud karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalara əməl etsinlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости