https://news.day.az/azerinews/1393819.html Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb - ÜST Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan ölüb. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb - ÜST

Azərbaycanca, 20 октября 2021 09:25 (UTC +04:00) 637
Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb

Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan ölüb.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb:

"Oktyabrın 11-dən oktyabrın 17-dək koronavirusa 2 763 957 nəfər yoluxub, 46 140 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqaysədə müvafiq olaraq 4 və 2 faiz azalıb".

Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan "alfa" ştammı 197 ölkədə, "Delta" ştammı 193 ölkədə, "beta" ştammı 145 ölkədə, "qamma" ştammı isə 99 ölkədə qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости