https://news.day.az/azerinews/1485656.html Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi

Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi

Azərbaycanca, 9 августа 2022 09:10 (UTC +04:00) 1 674
Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir

Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.

Day.Az-ın məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı ATƏT-in baş katibi Helqa Şmid deyib.

Onun sözlərinə görə, Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir.

"Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu səbəbdən Türkiyə bu plüralist dünya anlayışına ən uyğun ölkələrdən biridir. Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir", - deyə H. Şmid əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости