https://news.day.az/azerinews/1497480.html Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir - Pərviz Şahbazov Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyada "5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı" beynəlxalq tədbirində deyib.

Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir - Pərviz Şahbazov

Azərbaycanca, 22 сентября 2022 13:59 (UTC +04:00) 570
Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir

Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyada "5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı" beynəlxalq tədbirində deyib.

Nazir bildirib ki, Azərbaycan 2 ildən az müddətdə Avropaya 16 milyard kubmetr qaz tədarük edib.

"Bu gün səhər biz Rumıniyanın baş naziri ilə çox faydalı müzakirə apardıq. Yalnız qarşıdan gələn qış haqqında düşünmək deyil, eyni zamanda 5 və ya 10 ildən sonra nə olacağına əmin olmaq vacibdir. Azərbaycan uzun illərdir ki, Avropa bazarını enerji resursları ilə təmin edən ölkədir. Bu yaxınlarda biz Aİ-yə də təbii qaz tədarük etməyə başlamışıq. Bizim gələcək üçün də böyük planlarımız var. Biz iki ildən az müddətdə Aİ-yə təxminən 16 milyard kubmetr təbii qaz tədarük etdik", - nazir deyib.

Qeyd edək ki, Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak etdyi konfransda P.Şahbazovun ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости