MÜSİAD Azərbaycan və “Networking Azerbaijan” biznes klubu arasında memorandum imzalanıb

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan və "Networking Azerbaijan" biznes klubu arasında memorandum imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimində MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli, idarə heytənin üzvləri, "Networking Azerbaijan" biznes klubunun həmtəsisçisi Orxan Hacıyev və klubun əməkdaşları iştirak edib.

Görüş çərçivəsində tərəflər arasında icra edilə biləcək ortaq layihələr müzakirə olunub. Həmçinin, Azərbaycana investisiya qoyuluşunda artımın təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.