https://news.day.az/azerinews/1565318.html
Bakıda 2 uşağın quyuya düşməsi ilə bağlı YENİ XƏBƏR
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş prokurorluqdan Day.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Bakıda 2 uşağın quyuya düşməsi ilə bağlı YENİ XƏBƏR

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluqdan Day.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Həmçinin oxuyun: Bakıda 2 uşaq quyuya düşərək ölüb - RƏSMİ
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре