Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi 28 May Müstəqillik Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

Day.Az-ın məlumatına görə, təbrik Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından paylaşılıb.

"Can Azərbaycanın 28 May Müstəqillik Günü mübarək olsun! "Bir millət, iki dövlət" anlayışıyla hər zaman bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! ", - deyə paylaşımda bildirilib.