İmtahanlarla bağlı

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Day.Az-a verilən məlumata görə, teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

Həmçinin oxuyun: Bu suala görə 300 bal yığa bilmədi - "Sualın özü səhvdir" - VİDEO

Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

Bədən tərbiyəsi və idman istiqaməti, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat isə 5 iyun saat 23:59-da bitəcək.

Həmçinin oxuyun: Bu müəllimlərin maaşı arta bilər - DETALLAR

Musiqi sənəti istiqamətinin qabiliyyət imtahan komissiyaları üzrə göstərilən tarixə qədər qeydiyyatdan keçməyən və ya nəzəriyyə fənləri imtahanlarında iştirak edib müsbət qiymət almayan abituriyentlər digər komissiyaların ixtisas imtahanlarında iştirak etmək üçün aparılacaq növbəti qeydiyyat mərhələsinə buraxılmayacaqlar. Seçilən əlavə komissiyaların nəzəriyyə fənləri abituriyentin imtahan verdiyi nəzəriyyə fənlərinə uyğun olmalıdır.