https://news.day.az/azerinews/1565400.html Bu müəllimlərin maaşı arta bilər - DETALLAR

Bu müəllimlərin maaşı arta bilər - DETALLAR

Azərbaycanca, 18 мая 2023 11:41 (UTC +04:00) 1 251
Bu müəllimlərin maaşı arta bilər

Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq.

Day.Az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Həmçinin oxuyun: Dəqiq tarix açıqlandı - Müəllimlərin NƏZƏRİN!

O qeyd edib ki, hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir.

"60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əmək haqlarında təbii ki, dəyişiklik olacaq", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости