Məşhur aktyor SAXLANILDI
İstanbulda məşhurlara qarşı narkotiklə bağlı aparılan istintaq çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.
Day.Az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun məlumatına görə, istintaq zamanı bəzi şəxslərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, istifadəyə şərait yaratması və ya bunun üçün məkan təmin etməsi ilə bağlı şübhələri təsdiqləyən sübutlar əldə edilib.
Sentyabrın 18-də İstanbul Jandarm Komandanlığına 18 şübhəlinin saxlanılması və ünvanlarında axtarış aparılması barədə göstəriş verilib. Şübhəlilərdən narkotik istifadəsinin müəyyənləşdirilməsi məqsədilə bioloji nümunələrin götürülməsi də tapşırılıb.
Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, repçi Sefo, aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Hasan Şaş və digər tanınmış şəxslərin olduğu bildirilir. Prokurorluq istintaqın davam etdiyini açıqlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре