Türkiyədən geyim almaq istəyənlərə

Son günlər Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. Hazırda 1 dolların dəyəri 20-21 lirəyə bərabərdir.Mərkəzi Bankın bu günə açıqladığı məzənnəyə əsasən 1 lirənin dəyəri 8 qəpiyə bərabərdir.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, belə olduqda Türkiyədən idxal olunan mallar daha ucuz başa gəlir.

"Azərbaycanlılar hazırda Türkiyədən idxal olunan məhsulları daha ucuz qiymətə əldə edə bilərlər. Bizim istehlakçılar lirənin ucuzlaşmasından müəyyən qədər xeyir götürürlər. Belə ki, türk lirəsi nə qədər ucuzlaşırsa, türk mallarına tələbat və maraq da bir o qədər artır, çünki qiymət daha ucuz olur."

Həmçinin oxuyun: Maşın həvəskarlarının NƏZƏRİNƏ - Bu avtomobillərin qiyməti ucuzlaşacaq

Ekspert qeyd edib ki, lakin bu qısa müddətdə davam edəcək. Türkiyədə istehsal olunan malların xammmalı xarici ölkələrdən idxal olunur. Bu səbəbdən də qiymətlər lirə ilə artacaq.

"Lirənin ucuzlaşmasının bir neçə səbəbi var. Zəlzələ qeyri-müəyyənlik yaratdı. İnvestorların Türkiyəyə marağını azalması və seçki prosei ilə əlaqədar idi. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Türkiyəyə ucuz kreditlər vermir. Bu baxımdan da valyuta qıtlığı yaşanır. Belə olduqda Türkiyə iqtisadiyyatına müəyyən təzyiqlər yaranır. Qarşıdan turizm mövsümi gəlir. Turizmin Türkiyə iqtisadiyyatında böyük yeri var. Mövsümün başlamasıyla qardaş ölkədə lirənin sabitləşməsini müşahidə edəcəyik. Kütləvi turist səfərləri Türkiyəyə əlavə valyutanın daxil olması deməkdir. Hazırda Türkiyədə iqtisadi sektora yeni rəhbərlər təyin olunmalı kabinet formalaşmalıdır. Bütün bunlar olandan sonra sentyabra qədər lirənin mövqeyinin möhkəmlənməsini müşahidə edəcəyik", - deyə E.Kərimli qeyd edib.

Həmçinin oxuyun: Azərbaycana minlərlə bu maşından gətirilir - Qiymətləri ucuzlaşacaq? - VİDEO