https://news.day.az/azerinews/1565733.html Azərbaycana minlərlə bu maşından gətirilir - Qiymətləri ucuzlaşacaq? - VİDEO Bu il avtomobil idxalının kəskin artması nəticəsində Azərbaycana 433,15 milyon ABŞ dolları dəyərində maşın daxil olub. Yanvar-aprel ayı ərzində ölkəyə 29 855 avtomobil idxal olunub.

Azərbaycana minlərlə bu maşından gətirilir - Qiymətləri ucuzlaşacaq? - VİDEO

Azərbaycanca, 19 мая 2023 12:07 (UTC +04:00) 2 970
Azərbaycana minlərlə bu maşından gətirilir

Bu il avtomobil idxalının kəskin artması nəticəsində Azərbaycana 433,15 milyon ABŞ dolları dəyərində maşın daxil olub.

Yanvar-aprel ayı ərzində ölkəyə 29 855 avtomobil idxal olunub.

Day.Az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə bildirib ki, bu, ölkədə ictimai nəqliyyatın inkişafının zəif olmasıyla əlaqədardır. Hər kəs şəxsi avtomobil almağa üstünlük verir.

"Xüsusilə hibrid avtomobillərinə maraq artıb".

Həmçinin oxuyun: Xanım hüquqşünasın lüks avtomobili PARTLADI - Bakıda ŞOK OLAY

Bildirilib ki, idxalının artması avtomobil qiymətlərinin ucuzlaşmasına səbəb olmayacaq:

"Çünki maşın bazarında qiymət alverçilər tərəfindən tənzimlənir".

Yük daşımaq üçün iri nəqliyyat vasitələrinin idxalında da artım var. Çünki işğaldan azad olunan ərazilərdə belə avtomobillərə tələbat çoxdur.

Ölkəyə gətirilən avtobusların sayında isə azalma var:

"Bu da dizel yanacağına qoyulan subsidiyanın götürülməsi ilə bağlıdır".

Ekspert deyir ki, ölkədə avtomobil idxalının artımı ilin sonunadək davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости