https://news.day.az/azerinews/1636856.html Zaurdan Günelə CAVAB - “Sübut etsən, 10 min verməyə hazıram” "Mən aparıcı olduğum verilişlərə cəmi bircə dəfə onu (Günel Ələkbərovanı nəzərdə tutur - red.) dəvət etmişəm. O da 2012-ci ildə çalışdığım rejissorun istəyi ilə onu çəkmişəm. O gündən bu günə bircə dəfə də olsun onu çəkməmişəm. Necə dostumdur, heç onu da bilmirəm".

Zaurdan Günelə CAVAB - “Sübut etsən, 10 min verməyə hazıram”

Azərbaycanca, 13 февраля 2024 10:21 (UTC +04:00) 572
Zaurdan Günelə CAVAB

"Mən aparıcı olduğum verilişlərə cəmi bircə dəfə onu (Günel Ələkbərovanı nəzərdə tutur - red.) dəvət etmişəm. O da 2012-ci ildə çalışdığım rejissorun istəyi ilə onu çəkmişəm. O gündən bu günə bircə dəfə də olsun onu çəkməmişəm. Necə dostumdur, heç onu da bilmirəm".

Day.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri teleaparıcı Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng səhər" verilişində deyib.

O, Günel Ələkbərovayla heç bir dostluğunun olmadığını, müğənninin dediklərini sübut edəcəyi təqdirdə ona 10 min manat verəcəyini söyləyib:

"Əgər bizim verilişdən sizə kimsə zəng vurub, efirə çağırıbsa... Əgər siz bunu sübut edə bilərsinizsə, mən 10 min manat verməyə hazıram. Bu sözü deyirəm, üzərində də dayanıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости