https://news.day.az/azerinews/1703087.html Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək - FOTO Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur.

Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək - FOTO

Azərbaycanca, 31 октября 2024 17:38 (UTC +04:00) 675
Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur.

"Bakı Metropoliteni" QSC-dən Day.Az-a verilən məlumata görə, metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb.

Bildirilir ki, işlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib.

"Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də "Bakmil" stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.

Noyabr ayının 2-dən qatarların "Bakmil" istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq", - məlumatda qeyd olunub.

Noyabr ayının 1-də "Bakmil" stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq:

"Bakmil" stansiyasından çıxış vaxtları:

"Nərimanov-Bakmil" istiqamətində hərəkət cədvəli:

  • Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək
  • Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək
  • Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək
  • Sabah qatarların bu stansiyasına hərəkət cədvəli dəyişdiriləcək
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости