Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq

Prezident İlham Əliyev "İqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə 9 sentyabr 2020-ci il tarixli fərmanında dəyişiklik edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, bundan sonra Baş nazirin müavini Samir Şərifov da İqtisadi Şurada təmsil olunacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.