Veb-kamera quraşdırılan məntəqələrdə prosesi onlayn rejimdə izləmək olacaq

Veb-kamera quraşdırılan məntəqələrdə prosesi onlayn rejimdə izləmək olacaq.

Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə veb-kamera təcrübəsinə başlanılıb. Azərbaycan coğrafiyasını əhatə etmək şərtilə məmtəqələr veb-kameralarla təchiz edilir. Hazırlıq işləri də daxil olmaqla məntəqə açıldıqdan bağlananadək, seçki prosesini protokollar tərtib edilənədək onlayn rejimdə arası kəsilmədən dünyanın istənilən nöqtəsindən MSK-nın internet səhifəsindən müşahidə aparmaq mümkündür", - o bildirib.

 

O qeyd edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

"Veb-kamelarla bağlı seçki olsa da, olmasa da il boyu aparılan xidmət böyük maliyyə tələb edir", - M.Pənahov əlavə edib.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.