https://news.day.az/azerinews/1731230.html Bu avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Bu barədə Day.Az-а Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilir ki, 17 nömrəli marşrut:

Bu avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib

Azərbaycanca, 18 февраля 2025 19:23 (UTC +04:00) 1 131
Bu avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Day.Az-а Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, 17 nömrəli marşrut:

"Nəriman Nərimanov" metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi - Əhməd Rəcəbli küçəsi - Təbriz küçəsi ("Nəriman Nərimanov" metrostansiyası) - Əhməd Rəcəbli küçəsi (son dayanacaq);

Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) - Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) - Əhməd Rəcəbli küçəsi - Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.

24 nömrəli marşrut:

"Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti - Əhməd Rəcəbli küçəsi - Uluqbəy küçəsi - Ağa Nemətulla küçəsi - Təbriz küçəsi (son dayanacaq);

Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) - Əhməd Rəcəbli küçəsi - Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости