https://news.day.az/azerinews/1736943.html Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi - Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.

Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi - Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf

Azərbaycanca, 13 марта 2025 21:42 (UTC +04:00) 388
Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, əməkhaqlarının da Ermənistan dramı ilə ödənildiyini deyib. "Biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun", - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости