https://news.day.az/azerinews/1767867.html 78 nəfərin öldüyü otel yanğınında ŞOK İDDİA - “Heç kimə demə, özümüz həll edək” Türkiyənin Bolu şəhərində yerləşən "Grand Kartal" otelində baş verən dəhşətli yanğın ilə bağlı istintaq çərçivəsində məhkəmə prosesi davam edir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı 19 nəfər hazırda həbsdədir.

78 nəfərin öldüyü otel yanğınında ŞOK İDDİA - “Heç kimə demə, özümüz həll edək”

Azərbaycanca, 15 июля 2025 14:34 (UTC +04:00) 1 213
78 nəfərin öldüyü otel yanğınında ŞOK İDDİA

Türkiyənin Bolu şəhərində yerləşən "Grand Kartal" otelində baş verən dəhşətli yanğın ilə bağlı istintaq çərçivəsində məhkəmə prosesi davam edir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı 19 nəfər hazırda həbsdədir.

Məhkəmənin səkkizinci iclasında ifadə verən otel əməkdaşı Tuni Urhan yanğın başlamazdan əvvəl otel müdiri Zeki Yılmazın ona "Heç kimə demə, özümüz həll edək" dediyini iddia edib. Şahidlər bildiriblər ki, yanğın siqnalı eşidilməyib, siqnal sistemləri və yanğın detektorları deaktiv edilib.

Faciədə ailə üzvlərini itirən Gülşen Boncuk göz yaşları içində məhkəmədə çıxış edərək müttəhimlərə "Bizim həyat qaynağımızı aldınız" deyə səslənib.

Prokurorluq otelin sahibləri və idarə heyəti üzvləri də daxil olmaqla yüksək vəzifəli şəxslər və texniki işçilərə qarşı "mümkün qəsdlə adam öldürmə" və "şüurlu ehtiyatsızlıqdan ölümə səbəb olma" maddələri ilə 22 ildən 1998 ilə qədər həbs cəzası tələb edir.

Xatırladaq ki, 2025-ci il yanvarın 21-də baş vermiş yanğında 78 nəfər ölüb, 133 nəfər yaralanıb.

İstintaq davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости