https://news.day.az/azerinews/1770776.html Azərbaycan təmsilçisi rinqdə hakimin boğazından yapışdı - VİDEO Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı qalmaqal yaşanıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, münaqişə Yusif Ağakişiyevlə serbiyalı boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı baş verib.

Azərbaycan təmsilçisi rinqdə hakimin boğazından yapışdı - VİDEO

Azərbaycanca, 29 июля 2025 12:12 (UTC +04:00) 498
Azərbaycan təmsilçisi rinqdə hakimin boğazından yapışdı

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı qalmaqal yaşanıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, münaqişə Yusif Ağakişiyevlə serbiyalı boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı baş verib.

Belə ki, görüşü idarə edən şimali makedoniyalı hakim Stefan Subalevskinin qərarlarındna narazı qalan azərbaycanlı təmsilçisi rinqə daxil olaraq, hakimə müqavimət göstərib.

Bundan sonra döyüş dayandırılıb, boksçumuza məğlubiyyət verilib. Bununla da idmançımız gümüş medalla kifayətlənməli olub.

Azərbaycan Boks Federasiyasından sorğumuza cavab olaraq bildirilib ki, Yusif Ağakişiyelə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı qanunveriliciyə uyğun olaraq addım atılacaq:

"Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Kuba Subalevski qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldı. Onu çempionluqdan məhrum etdi. Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyəti beynəlxalq təşkilata müraciət hazırlanır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости