Metrodan istifadə edənlərə

Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır.

Day.Az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, bildirib ki, B4 stansiyası bənövşəyi xəttin 8 Noyabrdan sonrakı stansiyası olacaq.

"Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası Nizami stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır.

Vurğulanıb ki, həmin stansiyadam birbaşa Nizami stansiyasına keçid olacaq.