https://news.day.az/azerinews/1839224.html Yaşayış binasında yanğın BAŞ VERİB - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Yaşayış binasında yanğın BAŞ VERİB - VİDEO

Azərbaycanca, 4 июня 2026 12:53 (UTC +04:00) 266
Yaşayış binasında yanğın

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Day.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin eyvanında kombi aparatı və kondisioner yanıb. Xəsarət alan olmayıb.

Mənzil yanğından mühafizə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости