https://news.day.az/azerinews/1839539.html Azərbaycanlı istifadəçilər arasında ən populyar olan internet brauzerləri AÇIQLANIB Bu ilin may ayında "Google Chrome" internet brauzeri Azərbaycanda istifadəçilər arasında populyarlıq üzrə liderliyini qoruyub saxlayıb. Onun bazar payı 81,04 faiz təşkil edib. Day.Az-ın "Global Stats" Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.

Azərbaycanlı istifadəçilər arasında ən populyar olan internet brauzerləri AÇIQLANIB

Azərbaycanca, 5 июня 2026 17:07 (UTC +04:00) 310
Azərbaycanlı istifadəçilər arasında ən populyar olan internet brauzerləri

Bu ilin may ayında "Google Chrome" internet brauzeri Azərbaycanda istifadəçilər arasında populyarlıq üzrə liderliyini qoruyub saxlayıb. Onun bazar payı 81,04 faiz təşkil edib.

Day.Az-ın "Global Stats" Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, "Google Chrome"un bazar payı əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.

Hesabat dövründə "Safari" internet brauzerinin Azərbaycan bazarındakı payı 8,25 faiz olub ki, bu da əvvəlki ayla müqayisədə 1,99 faiz bəndi azalma deməkdir.

Siyahıda növbəti yeri "Firefox" internet brauzeri tutub. Belə ki, onun Azərbaycan bazarındakı payı 2,01 faiz bəndi artaraq 2,59 faizə çatıb.

Eyni dövrdə "Samsung" internet brauzerinin bazar payı 0,5 faiz bəndi artaraq 3,4 faizə yüksəlib, "Opera" brauzerinin payı isə 0,43 faiz bəndi azalaraq 1,83 faiz təşkil edib.

Hesabat dövründə "Edge" internet brauzerinin bazar payı 0,4 faiz bəndi azalaraq 1,44 faizə enib.

Bu ilin may ayında "Brave" internet brauzerinin bazar payı da 0,14 faiz bəndi azalaraq 0,31 faiz olub./Trend

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости