https://news.day.az/azerinews/1840313.html Qanunsuz silah saxlayanlara XƏBƏRDARLIQ EDİLDİ İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Qanunsuz silah saxlayanlara XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycanca, 9 июня 2026 14:24 (UTC +04:00) 305
Qanunsuz silah saxlayanlara

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladıb:

"Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur.

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости