https://news.day.az/azerinews/1840487.html
Toya görə maşını bəzəyənlər bu səbəbdən CƏRİMƏ OLUNACAQ
Toy zamanı maşını bəzəyən bəzəklər nəqliyyat vasitəsinin texniki parametrlərinə və görünüşünə təsir etməməlidir. Lentlərin bağlanmasına yalnız o halda icazə verilir ki, onlar sürücünün görünüş dairəsini məhdudlaşdırmasın, dövlət qeydiyyat nişanını (nömrəni) və xarici işıq cihazlarını örtməsin.
Toya görə maşını bəzəyənlər bu səbəbdən CƏRİMƏ OLUNACAQ
Toy zamanı maşını bəzəyən bəzəklər nəqliyyat vasitəsinin texniki parametrlərinə və görünüşünə təsir etməməlidir. Lentlərin bağlanmasına yalnız o halda icazə verilir ki, onlar sürücünün görünüş dairəsini məhdudlaşdırmasın, dövlət qeydiyyat nişanını (nömrəni) və xarici işıq cihazlarını örtməsin.
Əgər toy lenti və ya güllər avtomobilin dövlət nömrə nişanının üstünü qismən və ya tamamilə örtərsə, bu hərəkət ciddi qanun pozuntusu hesab olunur. Toy bəzəkləri, lentlər və ya xüsusi örtüklər avtomobilin ban şüşələrinə (xüsusilə ön və yan şüşələrə) sürücünün görünüşünü tamamilə bağlayacaq şəkildə çəkilərsə, bu hərəkət qanunsuz örtük hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, qanunla tətbiqinə icazə verilməyən belə örtüklərin çəkilməsinə görə 150 manat məbləğində cərimə tətbiq edilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.9-cu maddəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsini çətinləşdirən vasitələrin tətbiq edilməsinə görə 60 manat məbləğində cərimə və ya 4 cərimə balı tətbiq edilir.
Eyni zamanda sürücü toy bəhanəsi ilə dövlət nömrə nişanını tamamilə çıxarıb yerinə "Bəy-Gəlin" yazısı yapışdırarsa, bu artıq nömrəsiz idarəetmə sayılır. İXM-nin 342.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsinə görə 100 manat məbləğində cərimə və 4 bal tətbiq olunur.
Təhlükəsiz və qanunauyğun bir toy karvanı təşkil etmək üçün bəzəklərin yalnız avtomobilin kapot hissəsinə, qapı tutacaqlarına və ya yan güzgülərin arxasına, nömrəni bağlamayacaq şəkildə bərkidilməsi tövsiyə olunur.
Toy şənliyi bəhanəsi ilə dövlət nömrə nişanını lentlə gizlətmək və ya üzərinə "Bəy-Gəlin", "Evlənirik" kimi yazılar yapışdırmaq Dövlət Yol Polisi əməkdaşları tərəfindən dərhal protokolla nəticələnəcəkdir.
Qısacası, əgər bəzək elementləri lazımi tələbləri pozmursa toy maşını bəzəmək tamamilə qanunidir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən birbaşa qadağan edilmir.
Nəsimi Ələsgərli
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре