https://news.day.az/azerinews/1840915.html Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa məktub ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident...

Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb

Azərbaycanca, 12 июня 2026 11:12 (UTC +04:00) 431
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa məktub ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Filippin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə, möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости