https://news.day.az/azerinews/1841484.html Sumqayıtda ev yandı - VİDEO Sumqayıtda ev yanıb. Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sumqayıtda ev yandı - VİDEO

Azərbaycanca, 15 июня 2026 10:43 (UTC +04:00) 298
Sumqayıtda ev yandı

Sumqayıtda ev yanıb.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən evə və obyektə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində köməkçi tikili yanıb, fərdi yaşayış evi və obyekt yanğından mühafizə edilib. Xəsarət alan olmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости