https://news.day.az/azerinews/1841534.html Araşdırma: Saçların ağarması yalnız yaşla bağlı deyil Yeni elmi tədqiqatlara görə, saçların ağarması təkcə yaşlanma ilə deyil, həm də hüceyrələrin DNT zədələrinə verdiyi müdafiə reaksiyası ilə bağlı ola bilər.

Araşdırma: Saçların ağarması yalnız yaşla bağlı deyil

Azərbaycanca, 16 июня 2026 05:30 (UTC +04:00) 310
Araşdırma: Saçların ağarması yalnız yaşla bağlı deyil

Yeni elmi tədqiqatlara görə, saçların ağarması təkcə yaşlanma ilə deyil, həm də hüceyrələrin DNT zədələrinə verdiyi müdafiə reaksiyası ilə bağlı ola bilər.

Day.Az xəbər verir ki, Tokio Universitetinin alimləri siçanlar üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, saç kökündəki kök hüceyrələr zədələndikdə öz fəaliyyətini dayandırır və bu proses saçların ağarmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, bu mexanizm potensial zərərli hüceyrələrin bölünməsini dayandıraraq şiş yaranma riskini azalda bilər. Yəni saçların ağarması bəzən orqanizmin qoruyucu reaksiyası kimi çıxış edir.

Araşdırma insanlarda da bu prosesin oxşar ola biləcəyini göstərsə də, elm adamları bunun birbaşa xəstəliklərin qarşısını aldığını təsdiqləmir və əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости