https://news.day.az/azerinews/1841753.html Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq müzakirə edilib Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.  

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Azərbaycanca, 16 июня 2026 13:30 (UTC +04:00) 292
Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

 

"Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvud ilə görüşdə ölkəmizlə iqtisadi münasibətlərin inkişaf istiqamətlərini qeyd etdik. Ticarət, enerji təhlükəsizliyi, "yaşıl enerji", innovasiya, rəqəmsallaşma və digər sahələrdə birgə fəaliyyət perspektivlərini, eləcə də qarşılıqlı investisiyaların davamlı təşviqi istiqamətində mümkün addımları dəyərləndirdik. Qeyri-neft sektorunun inkişafı, texnologiya transferi, kiçik və orta biznesin dəstəklənməsi, özəl sektorun gücləndirilməsi və kapital bazarlarına çıxış kimi əməkdaşlığın prioritet istiqamətlərini vurğuladıq", - paylaşımda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости