Bu məhsullar ƏDV-dən azad edildi

Nazirlər Kabineti kənd təsərrüfatı sektoruna xidmət edən yeni güzəşt siyahılarını təsdiqləyib.

Day.Az xəbər verir ki, qərara əsasən, toxumçuluq, quşçuluq və arıçılıq sahələri üçün nəzərdə tutulan bəzi avadanlıqlar əlavə dəyər vergisindən azad edilib. Bu güzəşt laboratoriya avadanlıqlarına, həmçinin toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi üçün qurğulara da şamil olunur.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Hökumət başçısının digər qərarı ilə baytarlıq preparatlarının idxalı da ƏDV-dən azad edilib.

Buraya kənd təsərrüfatı heyvanlarının və quşların müalicəsi, profilaktikası və diaqnostikası üçün istifadə edilən dərmanlar daxildir.