https://news.day.az/azerinews/1842088.html Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib Azərbaycanın Xalq Artisti Flora Kərimova rəsmi "Instagram" hesabında Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Day.Az xəbər verir ki, paylaşımda deyilir: "Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Azərbaycanca, 17 июня 2026 16:57 (UTC +04:00) 457
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Azərbaycanın Xalq Artisti Flora Kərimova rəsmi "Instagram" hesabında Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram".

  • Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
  • Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости