https://news.day.az/azerinews/1842231.html Bu ərazilərdə işıq olmayacaq Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, bu gün Bakının Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanca, 18 июня 2026 09:21 (UTC +04:00) 257
Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bu gün Bakının Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Çuxursəd, Zaur Kərimov, Vasif Əliyev, Məmmədşərif Həmidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Xəlil Rza Ulutürk küçəsinin bəzi hissələrini əhatə edəcək.

Bununla yanaşı, Suraxanı RETSİ-yə daxil olan 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости