Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub - YENİLƏNİB
"Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi tərəfindən "QS dünya universitetləri reytinqi"nin nəticələri açıqlanıb.
Day.Az xəbər verir ki, nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb.
Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.
Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti 801-850 aralığından 634-cü yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851-900 aralığından 711-720 aralığınadək yüksəlib.
Bununla yanaşı, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti mövqelərini yaxşılaşdıraraq sözügedən reytinqdə irəliləyiblər. Sumqayıt Dövlət Universiteti öz mövqeyini qoruyub saxlayıb, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə sözügedən reytinqə ilk dəfə daxil olub.
Sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı Cənubi Qafqaz regionunun digər ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 2.5 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilədək Azərbaycan universitetləri dünya reytinqlərində TOP 800-lükdə təmsil olunmayıb. 2025-ci ildə ilk dəfə 1 universitetimiz TOP 800-ə daxil olub, 2026-cı ildə isə onların sayı 3-ə çatıb.
Sözügedən reytinqə dünyanın 106 ölkəsi üzrə 1500-dən çox universitet daxil edilib.
XXX
09:56
Sumqayıt Dövlət Universiteti "Quacquarelli Symonds" (QS) Dünya Universitetləri Reytinqi 2027-də 1001-1200-cü pillədəki mövqeyini qoruyub.
Day.Az xəbər verir ki, bu barədə məlumat "Quacquarelli Symonds" (QS) hesabatında qeyd edilib.
SDU Azərbaycanın regional universitetləri arasında QS reytinqinə daxil olan yeganə ali təhsil mərkəzidir.
Nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.
Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti 801-850 aralığından 634-cü yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851-900 aralığından 711-720 aralığınadək yüksəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре