https://news.day.az/azerinews/1842667.html Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - FOTO - VİDEO Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində böyük qələbə qazanıb. İdman.Biz xəbər verir ki, partiya Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub. Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməyi bacarıb.

Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - FOTO - VİDEO

Azərbaycanca, 19 июня 2026 15:46 (UTC +04:00) 311
Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində böyük qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, partiya Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməyi bacarıb. Onun uğuru isə Azərbaycanın "Odlar Yurdu" komandasının turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbəsinin başlıca amillərindən biridir. Matç Azərbaycan kollektivinin 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb. Karlsen üçün bu məğlubiyyət cari turnirdə ardıcıl dördüncü olub.

"WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər kimi dünya şahmatının ulduzları çıxış edirlər.

"Odlar Yurdu" turnirdə mübarizəni davam etdirir və növbəti turlardan sonra aktivində 13 matç xalı var. Komandanın heyətində Aydın Süleymanlı, Rauf Məmmədov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Günay Məmmədzadə, Vüqar Manafov, Nataliya Buksa və Murad Haşımov çıxış edirlər.

Rapid və blits üzrə komandalararası dünya çempionatı Honkonqda 16-22 iyun tarixlərində keçirilir. Yarışda 40-dan çox komanda iştirak edir və onların heyətlərində dünyanın ən güclü şahmatçıları çıxış edirlər.

Süleymanlının Karlsen üzərində qələbəsi oyun gününün əsas sensasiyalarından biri və Azərbaycan komandası üçün dünya birinciliyində mühüm nailiyyət olub.

  • Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости