https://news.day.az/azerinews/1843364.html Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub - FOTO 22 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub - FOTO

Azərbaycanca, 22 июня 2026 21:25 (UTC +04:00) 432
Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

22 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə, regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

  • Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
  • Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости