https://news.day.az/azerinews/1843441.html UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq. Bu barədə Day.Az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib. Tədbir iyunun 24-də saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.

UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər

Azərbaycanca, 23 июня 2026 11:59 (UTC +04:00) 273
UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.

Bu barədə Day.Az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir iyunun 24-də saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.

Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin "Shara Bullet" Maqomedov, eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.

Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости