https://news.day.az/azerinews/1843500.html Motosiklet və moped qəzalarında 5 nəfər ölüb Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub. Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Motosiklet və moped qəzalarında 5 nəfər ölüb

Azərbaycanca, 23 июня 2026 14:40 (UTC +04:00) 282
Motosiklet və moped qəzalarında 5 nəfər ölüb

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması üçün davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib, - məlumatda bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости