https://news.day.az/azerinews/1843972.html Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara məktub ünvanlayıb. Məktubun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd edilib: "Hörmətli xanım Prezident...

Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib

Azərbaycanca, 25 июня 2026 11:29 (UTC +04:00) 422
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara məktub ünvanlayıb.

Məktubun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd edilib:

"Hörmətli xanım Prezident,

Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Sloveniya arasında dostluq münasibətlərinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Sloveniya xalqına daim rifah və firavanlıq arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости