https://news.day.az/azerinews/1844091.html Azərbaycanda şagirdlərin sayı AÇIQLANDI Azərbaycanda məktəbəqədər və ümumi təhsil üzrə yeni statistika açıqlanıb. Day.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili üzrə hesabatında təhsil sahəsinə dair əsas göstəricilər yer alıb. Hesabata əsasən, cari tədris ilində ölkə üzrə 107 min 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunub.

Azərbaycanda şagirdlərin sayı AÇIQLANDI

Azərbaycanca, 25 июня 2026 16:29 (UTC +04:00) 323
Azərbaycanda şagirdlərin sayı

Azərbaycanda məktəbəqədər və ümumi təhsil üzrə yeni statistika açıqlanıb.

Day.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili üzrə hesabatında təhsil sahəsinə dair əsas göstəricilər yer alıb.

Hesabata əsasən, cari tədris ilində ölkə üzrə 107 min 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunub.

Məlumatda qeyd edilir ki, 2025-2026-cı tədris ilində 131 min 396 şagird birinci sinfi başa vurub. Həmçinin 86 min 432 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirib.

Nazirliyin məlumatına görə, hazırda Azərbaycanda 3 min 946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 130 mindən çox müəllim çalışır, şagirdlərin sayı isə 1,6 milyonu ötür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости