https://news.day.az/azerinews/1844305.html Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib - FOTO Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib - FOTO

Azərbaycanca, 26 июня 2026 16:27 (UTC +04:00) 360
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.

  • Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости