Çində güclü zəlzələ

Çinin Siçuan əyalətində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Day.Az xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata görə, yeraltı təkanlar nəticəsində 13 nəfər müxtəlif dərəcəli yüngül xəsarətlər alıb. Təhlükəsizlik məqsədilə 196 sakin ərazidən təxliyə olunub.

Bildirilir ki, hadisə zamanı insan tələfatı qeydə alınmayıb. Hazırda bölgədə vəziyyət nəzarət altındadır, aidiyyəti qurumlar zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər.

Məlumata əsasən, zəlzələnin episentri Siçuan əyalətinin Qao rayonuna daxil olan Şahe qəsəbəsi yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı təxminən 6 kilometr dərinlikdə müəyyən edilib.

Ərazidə axtarış-xilasetmə və monitorinq tədbirləri fasiləsiz şəkildə davam etdirilir.